Göytürk pulu
Göytürk pulu — Orta Asiyada aparılan qazıntılar zamanı çıxarılan və Göytürk xaqanlığında istifadə edilmiş pul. Üzərində soqdca yazılar yazılmışdır.
Arxeoloqlar tərəfindən Qırğızıstan, Özbəkistan və Tacikistanda edilən qazıntılarda ortaya çıxarılan və 576-600-cü illərə aid, ümumilikdə sayı 104 ədəd olan metal pul Qırğızıstanda edilən beynəlxalq konqresdən dönən Dr. Yavuz Daloğlu tərəfindən ilk dəfə “Elm və Ütopiya” jurnalında ictimaiyyətə elan edilmişdir. Sikkələrdən birincə ortada xaqan qabartması, kənarlarda isə üç ay-ulduz vardır. Pullardakı ay-ulduz motivləri Dr. Yavuz Daloğluna görə, ay-ulduz simvolunun İslamdan əvvəlki dövrlərdə də türklər tərəfindən istifadə edildiyini sübut etmişdir.